Modern.az

Gəncədə avtoxuliqanlara qarşı reyd keçirilib (FOTO)

Gəncədə avtoxuliqanlara qarşı reyd keçirilib (FOTO)

27 İyul 2011, 13:39

Gəncənin yol polisləri avtoxuliqanlara qarşı növbəti reyd keçirib. Yol patrul xidmətinin əməkdaşları hərəkət qaydalarını kobud şəkildə pozan xeyli sayda sürücünü cəzalandırıb.
Modern.az-ın məlumatına görə, Gəncənin yol polisləri gündüz və gecə saatlarında avtoxuliqanlıq edərək insanların raharlığını pozan, eləcə də  avtomobilə əlavə avadnlıq quraşdıran sürücləri aşkarlamaq üçün gücləndirilmiş iş rejiminə keçib.
Şəhərin müxtəlif ərazilərində keçirilən reydlər zamanı yenə də avtomobilin arxa və yan şüşələrində görüntünü məhdudlaşdıran pərdə və plyonkadan, eləcə də səsgücləndirici siqnallardan istifadə edən xeyli sürücülərə rast gəlinib.  
Reydlər zamanı belə sürcülər aşkarlanaraq onlara qarşı qanuna müvafiq tədbirlər görülüb. Ən yüngül cəzalar isə təhlükəsiz kəmərindən istifadə etməyənlərə kəsilib. Gəncə şəhər DYP şöbəsinin rəis müavini Rəhim Zalovun verdiyi məlumata görə 32 nəqliyyat vasitəsi müxtəlif səbəblərdən yol hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına qoyulub. Sürücülərə xəbərdarlıq edilib ki, yol hərəkət qaydası kobud şəkildə bir daha pozulsa, onların barəsində dövlət yol polisi əməkdaşları tərəfindən ən ciddi tədbirlər görüləcək.
Xeyli sürücü isə inzibati qaydada cərimələnib. Gəncədə anoloji tədbirlər bundan sonra da davam etdiriləcək.





Xaliq Qurbanlı
Gəncə

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı