Modern.az

Yaponiyalı seysmoloqlar Azərbaycana gəliblər

Yaponiyalı seysmoloqlar Azərbaycana gəliblər

Təhsil

27 İyul 2011, 15:00

Yaponiyanın seysmologiya ilə məşğul olan aparıcı şirkətləri və təşkilatları Azərbaycanla bu sahədə əməkdaşlıq qurmağa başlayır. Bununla bağlı Yaponiyanın Şineyei Kaisa şirkətinin meneceri Amano Ryo və Oyo İnternational sirkətinin eksperti, seysmoloq, elmlər doktoru Takahaşi Masakazu Azərbaycana səfər ediblər. Qonaqlar səfərləri çərçivəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. Bu barədə Modern.az-a mərkəzin mətbuat xidmətindən məlumat verilib.

AMEA RSXM-də keçirilən görüşdə bu qurumun baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli, baş direktorun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Azay Rzayev və Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli, Elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, Yaponiyanın Şineyei Kaisa şirkətinin meneceri Amano Ryo və Oyo İnternational sirkətinin eksperti, seysmoloq, elmlər doktoru Takahaşi Masakazu, eləcə də Şineyei Kaisa şirkətinin MDB və Türkiyə regionu üzrə meneceri, elmlər doktoru Xaqani Məlikov iştirak ediblər.

Müzakirələr zamanı Azərbaycandakı seysmoloji tədqiqatların və potensial zəlzələlərə qarşı hal-hazırki vəziyyətin öyrənilməsi, texniki əməkdaşlıq çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə edilib. Görüşdən sonra qonaqlar AMEA RSXM-ın telemetrik seysmik stansiyalarının iş prinspi ilə yaxından tanış olublar.

Daha sonra yaponiyalı qonaqlar Fövqəladə Hallar Hazirliyində, AMEA -nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə və direktorun elmi işlər üzrə müavini, akademik İbrahim Quliyevlə də görüşlər keçiriblər. Yaponiyalı qonaqların daha bir görüşü isə XİN-də  olub.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı