Modern.az

Nazirlikdən əllillərə yeni xəbərlər var

Nazirlikdən əllillərə yeni xəbərlər var

27 İyul 2011, 15:50

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin müxtəlif bölgələrində olmaqla 14 regional bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, onlarda hər il 8 000 nəfərədək əlilə bərpa-müalicə xidməti göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, qarşıda duran əsas vəzifələrdən biri sosial reabilitasiya yönümlü tədbirlərin daha da gücləndirilməsi yolu ilə fiziki məhdudiyyətli insanların dolğun həyat tərzinin təmin olunması, özlərini cəmiyyətin digər üzvləri kimi hiss etməsi üçün onlara daha geniş şəraitin yaradılmasıdır.
Bu məqsədlə tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə hazırlıq işləri aparılır.

Reabilitasiya tədbirlərinin səmərəli təşkilini təmin etmək, şəxsin həyat fəaliyyətinin məhdudluq dərəcəsini, strukturunu dəqiqləşdirmək və dürüst qiymətləndirmək üçün fərdi reabilitasiya proqramının tətbiqi ilə bağlı qaydalar hazırlanmışdır. Bu qaydaların müzakirəsi məqsədilə regionlarda ixtisaslaşmış hökumət və qeyri-hökumət qurumları ilə birgə dəyirmi masaların, treninqlərin keçirilməsi nəzərdə tutulur. Bundan sonra qaydalar təsdiq üçün Nazirliyin Kolegiyasına təqdim ediləcək.

“Ümumiyyətlə, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən reabilitasiya xidmətlərinin səmərəliliyinin artırılması, layiqli və keyfiyyətli tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin göstərilməsi məqsədilə “Əlliyin müəyyən olunması meyarlarına dair”,  “Tibbi-sosial ekspert komissiyaları haqqında” və  “Reablitasiya müəssisələrinin fəaliyyəti haqqında” Əsasnamələrin yenidən işlənməsi və müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər tamamlanmaq üzrədir”-deyə nazirlikdən bildirilib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı