İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "S.A.B.A. şirkəti" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, aparılan laborator müayinələr nəticəsində plastik qablaşdırmada olan 500 qıramlıq şokoladlı plombir, "Eskimo" və "Plombir" adlı dondurmlarda turşuluğun normadan az, tərkibində S.aureus bakteriyalarının (stafilokok) olduğu, "Şərq nağılı" adlı dondurmada turşuluğun normadan az, tərkibində S.aures bakteriyalarının (stafilokok) və bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu, "Maqnat Almand" adlı dondurmanın tərkibində S.aureus bakteriyalarının (stafilokok) olduğu, "Mirvari" adlı dondurmada turşuluğun normadan az olduğu müəyyən olunub.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 1592 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "S.A.B.A. şirkəti" MMC-yə icrası məcburi göstəriş verilib.
Modern.az