Modern.az

Sərkisyan və Ter-Petrosyan Qarabağ danışıqları ilə bağlı yeni planı müzakirə edir

Sərkisyan və Ter-Petrosyan Qarabağ danışıqları ilə bağlı yeni planı müzakirə edir

27 İyul 2011, 18:01

Eks-prezident ATƏT-in Budapeşt sammitindəki formatın bərpasını və separatçı rejimin tərəf kimi tanınmasını tələb edib

Ermənistanda prezident Serj Sərkisyan və eks-prezident Ter-Petrosyan arasında başlanmış iqtidar-müxalifət danışıqlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də müzakirə edilir. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə eks-prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresinin bu gün açıqladığı sənəddə göstərilir. 

Hakimiyyətlə dialoq zamanı stola qoyulmuş bu sənəddə deyilir ki, “Azərbaycanın hərbi gücünün artması ciddi narahtlıq yaradıb”.

“Münaqişənin həll olunmaması hərbi tarazlığı ciddi şəkildə Ermənistanın ziyanına aparır. Hərbi balans sabit şəkildə Azərbaycanın xeyrinə dəyişir. Bu isə Ermənistanın milli təhlükəsizliyi üçün təhdiddir”-deyə bu sənəddə vurğulanır.  

Erməni müxalifəti danışıqlar zamanı S.Sərkisyanın Dağlıq Qarabağla bağlı aparılan  danışıqlarda tutduğu mövqeyi dərhal dəyişməyi tələb ediblər.
“Hərbi ritorikanı yığışdırmaq lazımdır. Qarabağ danışıqlarının normal məcraya qaytarılması üçün danışıqların ATƏT-in Budapeşt samitinin qərarı əsasında olan əvvəlki formatı bərpa edilməlidir. Dağlıq Qarabağ tam hüquqlu münaqişə tərəfi kimi danışıqlar prosesinə cəlb edilməlidir”-deyə EMK-nın müzakirəyə çıxardığı sənəddə deyilir.

Qeyd edək ki,  ötən həftədən başlayaraq start götürmüş bu danışıqları hər iki tərəfin səlahiyyət verdiyi şəxslərdən ibarət işçi qrup aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı