Modern.az

Magistraturaya boş qalan plan yerlərinə qəbul aparılır

Magistraturaya boş qalan plan yerlərinə qəbul aparılır

27 İyul 2011, 18:50

Ali təhsil təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul aparılır. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul 2011-ci il fevralın 20-də və iyunun 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirib ki, magistraturaya qəbul olunmuş bakalavrın boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək üçün 2011-cu il 1 avqust saat 9.00-dan 8 avqust saat 9.00-dək TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təstiqləyirlər.

Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar.
 
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutul¬mayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komissiyası tərəfindən 2011-cu il iyulun 26-dan 28-dək baxılacaq .

MÜSABİQƏ ŞƏRTLƏRİ 

 

Birinci mərhələnin nəticəsinə qoyulan minimal tələb

İkinci mərhələnin (qabiliyyət imtahanının)  nəticəsinə qoyulan minimal tələb** 

Ümumi bala qoyulan minimal tələb** 

Dövlət sifarişli yerlər üçün 

Ödənişli yerlər üçün 

Dövlət sifarişli yerlər üçün 

Ödənişli yerlər üçün 

Dövlət sifarişli yerlər üçün 

Ödənişli yerlər üçün 

İİM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmalar (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla) və MBA proqramına aid olan ixtisaslaşmalar üçün 

55 bal 

50 bal 

25 bal 

20 bal 

85 bal 

75 bal 

TM (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla), TTM, MM, TEM və ETM istiqamətlərinə daxil olan ixtisaslaşmalar  və Tempus layihəsi üzrə olan ixtisaslaşmalar  üçün 

50 bal 

45 bal 

25 bal 

20 bal 

80 bal 

65 bal 

ATM istiqamətinə daxil olan ixtisaslaşmalar üçün 

45 bal 

40 bal 

20 bal 

20 bal 

70 bal 

60 bal 

Xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üçün 

45 bal 

40 bal 

20 bal 

20 bal 

70 bal 

60 bal 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı