Modern.az

Azərbaycan və Ermənistan eyni səbətə düşüb

Azərbaycan və Ermənistan eyni səbətə düşüb

27 İyul 2011, 19:15

İyulun 30-da Rio-de-Janyeroda keçiriləcək futbol üzrə dünya çempiontının püşkatma mərasimində komandaların adları yazılmış püşk kağızları səbətlərə yerləşdirilib. Avropadan olan beşinci səbətdə Azərbaycan və Ermənistan milli komandaları bir yerdədir. Modern.az bildirir ki,  burada həmçinin Finlandiya, Estoniya, Kipr, Latviya, Moldova, Makedoniya, Farer adaları var.

Birinci səbətə İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, Xorvatiya, Norveç və Yunanıstan daxildir.

İkinci səbətə Fransa, Çernoqoriya, Rusiya, İsveçrə, Danimarka, Sloveniya, Türkiyə, Serbiya və Slovakiya salınıb.

Üçüncü səbətdə İsveçrə, İsrail, İrlandiya. Belçika, Çexiya, Bosniya və Hersoqovina, Belarus, Ukrayna və Macarıstanın adı var.  

Dördüncü səbətə Bolqarıstan, Rumıniya, Gürcüstan, Litva, Albaniya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa daxil edilib.

Altıncı səbətə Uels, Lixtenşteyn, İslandiya, Qazaxstan, Lüksemburq, Malta, Andorra və San Marino salının.

Bu isə o deməkdir ki, püşkatmada Azərbaycan Ermənistanla eyni qrupa düşə bilməz. Püşkatma nəticəsində 53 ölkədən olan komandalar 9 qrupa bölünəcək. Oyunlar 2012-ci ildə, Avropa çempionatının finalından sonra başlanacaq.  

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı