Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Brakonyerliklə məşğul olan 56 şəxs şəxs saxlanılıb"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Brakonyerliklə məşğul olan 56 şəxs şəxs saxlanılıb"

28 İyul 2011, 11:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2011-ci ilin 6 ayı ərzində görülmüş işlər barədə hesabat verib. Bildirilib ki, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 min əhalisi olan 29 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və hazırda işlər davam etdirilir.
Bakı və onun ətraf ərazilərində yaşıllıqların salınması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində də müvafiq işlər görülmüş, magistral avtomobil yollarının kənarlarında ümumilikdə, 170 hektar sahədə 206 780 ədəd ağac və kol cinsləri əkilib.
Meşələrin artırılması və bərpası istiqamətində 1335 hektar sahədə meşə əkini və səpini, 15893 hektar sahədə xidmət, 13636 hektar sahədə suvarma işləri aparılıb, 14284 kq toxum tədarük edilib. 49,34 hektar sahədə toxum səpilib, 38,98 hektar sahədə 1495 min ədəd toxmacar, 22 hektar sahədə 1089 min ədəd çilik basdırılıb, eyni zamanda 1372 hektar sahədə torpaq hazırlığı işləri aparılıb.

Ətraf mühitin mühafizəsinə nəzarət sahəsində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 1001 akt və 325 protokol tərtib olunub, 469 icrası məcburi olan müddətli “Məcburi göstəriş” verilib, hüquq-mühafizə orqanlarına göndərilmiş 61 işdən 18-nə, məhkəmələrə göndərilib 90 işdən 32-nə, Məhkəmə İcraçılarına göndərilmiş 257 işdən 68-nə baxılaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə, 347 iş üzrə 2 633 098 manat məbləğində cərimə tətbiq edilib, 308 iş üzrə 376 571,78 manat məbləğində iddia qaldırılıb, 2891 iş üzrə 637 684,52 manat məbləğində ödəmə tətbiq edilib. Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna 622 663 manat vəsaitin köçürülməsi təmin edilib.

Keçən müddət ərzində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində işlər davam etdirilib. Hazırda, ölkəmizdə ümumi sahəsi 880975,6 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.
Xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 352 akt, 139 protokol tərtib edilib, 76690 manat cərimə tətbiq edilib. 23 iş hüquq-mühafizə orqanlarına, 58 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib. Brakonyerliklə məşğul olan şəxslərdən 66 ədəd ov silahı götürülüb, 56 şəxs barəsində akt və protokol tərtib edilərək 50600 manat məbləğində cərimə tətbiq edilib.

Su hövzələrində bioloji resursların mühafizəsi istiqamətində qanun pozucularından 4 ədəd qayıq, 52 ədəd tor, 435 müxtəlif növ balıq götürülüb, bioloji resurslara vurulmuş ziyanla bağlı 29696 manat məbləğində iddia qaldırılıb.
Ümumilikdə, 2011-ci il üçün 434,2 milyon ədəd müxtəlif növ balıq körpələrinin (20,1 mln ədəd nərəcinsli, 175,0 min ədəd qızılbalıq, 414,0 mln ədəd çəkikimi balıq növləri) Kür çayına, Kür çayının dənizə qovuşan hissəsinə, eyni zamanda su anbarlarına buraxılışı proqnozlaşdırılır.

Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılması davam etdirilib.

Respublikanın ərazisi üçün tərtib olunmuş yarımsutkalıq, sutkalıq və ikisutkalıq meteoroloji proqnozların özünü doğrultması 89-95 faiz olub.
 
Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində, atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində, səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) aparıllıb.

Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan-cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə 533 (90-ı dənizdə olmaqla) monitorinq keçirilmiş, axarlardan götürülmüş 1542 su, qrunt, qazma məhlulu və şlam nümunələri üzərində mütəmadi olaraq fiziki-kimyəvi, kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji tədqiqatlar aparılıb.

2010-cu ildə Şəmkir rayonu ərazisində nüvə geofiziki tədqiqatları nəticəsində ilk dəfə platin qrupu metalların köklü yatağının olduğu aşkarlanıb. Bu nəticə Azərbaycan geoloqlarının son dövrlərdə əldə etdiyi ən parlaq nailiyyətlərdəndir. Qeyd olunan yatağın sənaye əhəmiyyətinin qiymətləndirilməsi məqsədi ilə layihə-smeta sənədləri tərtib edilmiş və çöl işlərinə başlanılıb.

Seysmoaktiv bölgələrdə (əsasən Abşeron və Şamaxı-İsmayıllı bölgələrində) seysmogeodinamik və geofiziki sahələrdə müşahidələr təşkil olunmuş, zəlzələlərin uzun və qısamüddətli proqnozlaşdırılması həyata keçirilib.
2011-ci ilin 6 ayı ərzində ekoloji ekspertiza rəyinin verilməsi üçün 2710 müraciət daxil olub. Bu müraciətlərin böyük əksəriyyəti respublikada sahibkarlığın inkişafı ilə əlaqədar olaraq ayrı-ayrı fiziki və hüquqi şəxslər, dövlət təşkilatları və vətəndaşlar tərəfindən edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı