Azərbaycan SSR Ali Sovetinin üzvü ölmuş bir qrup keçmiş deputat Müsavat partiyasının başqanın həbsdə olan müavini Arif Hacılıya dəstək olmaq üçün sabah mətbuat konfransı keçiricəklər. Bu barədə Modern.az Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, sabah Azərbaycan Media Mərkəzində keçiriləcək mətbuat konfransında iştirak edəcək keçmiş deputatlar Azərbaycanın müstəqilliyinə səs vermiş “istiqlalçı” millət vəkiləridir.
Qeyd edək ki, Arif Hacılı İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı həbs edilib.