Modern.az

Türkiyənin iqtisadiyyat naziri Bakıda mağaza açılışında iştirak edib

Türkiyənin iqtisadiyyat naziri Bakıda mağaza açılışında iştirak edib

28 İyul 2011, 13:41

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan Bakıda Türkiyənin Doğanlar Qrupuna məxsus “Doğtaş Exclusive” mağazasının açılış mərasimində iştirak edib. Açılış mərasimində çıxış edən Z.Çağlayan Azərbaycanla Türkiyə arasındakı ticarət əlaqələrinin getdikcə daha da genişlənəcəyini deyib. Nazir “Doğtaş Exclusive” mağazalarının Azərbaycan vətəndaşlarına yüksək səviyyəli xidmət göstərəcəyinə əmin olduğunu bilidirib.

Babək prospekti 25 ünvanında yerləşən “Doğtaş Exclusive” mağazasında alıcılara müxtəlif növ yüksək keyfiyyətli mebel dəstləri təqdim olunur. Türkiyənin aparıcı brendlərindən olan “Doğtaş Exclusive” mebelləri öz keyfiyyətinə və üslubuna görə Avropa bazarında çox populyardır.

Bakıda ilk mağazanın açılışını şərh edən “Doğtaş Exclusive” mağazasının Baş Direktoru Lokman Kartal bildirib: “Biz çox şadıq ki, Azərbaycan alıcılarına yüksək səviyyəli xidmət göstərmək imkanı əldə etmişik. Ümid edirik ki, alıcılarımız məhsullarımızın keyfiyyətindən razı qalacaqlar”.


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı