Modern.az

İstanbuldakı Azərbaycan evi niyə bərbad vəziyyətdədir?

İstanbuldakı Azərbaycan evi niyə bərbad vəziyyətdədir?

28 İyul 2011, 16:58

Bu günlərdə (18-23 iyul) Türkiyə səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Azərbaycanın bir qrup region media təmsilçisi Türkiyə Cümhuriyyətinə işgüzar səfər edib. Səfər proqramına uyğun olaraq nümayəndə heyyəti 2 gün Ankarada, 3 gün isə İstanbulda olub.

Səfərdən qayıdan “Region-Şəki” qəzetinin təsisçisi və baş redaktoru Baba Mirzəxanlı Modern.az saytına bildirib ki, Ankarada “Anadolu ajansı”, “TRT Haberler proqramı” başqanlığı, “Basın Yayım Enformasyon Genel müdürlüğü” və “TİKA” (Türk İşbirliyi və Kalkınma İdarəsi) Başkanlığında görüşlər keçirib, həmçinin böyük Atatürkün movzaleyini (Anıtkabir) ziyarət ediblər.

“İstanbula dönüşdən sonra isə “Kanal Türk”, “Star” televiziya kanalı və “Star” qəzetəsi BYECM-in İstanbul müdürlüyündə “Basın elan qurumu”nda, həmçinin “Qazetələr və yazarlar vaxtı”nda işgüzar görüşmələrimiz oldu. İstanbulda olarkən məşhur Ayasofiya Məbədi və Ponorama adlanan məşhur muzeydə də olduq”.

B.Mirzəxanlı deyib ki, Türkiyə səfəri olduqca xoş təssüratlar yaratsa da, İstanbulda Türk Xalqlarının Kültür Mərkəzindəki Azərbaycan evinin bərbad durumu azərbaycanlı jurnalistləri çok məyus edib.
“İnanın ki, burada bütün Türk xalqlarına məxsus evlərin içərisində ən bərbad vəziyyətdə olanı Azərbaycana məxsus ev idi. Əslində bizimkindən başqa digər türk xalqlarına məxsus evlər təmirli, səliqəli və könüloxşayan idi. Təsəvvür edin Mədəniyyət evinə qoyulan tarın simi yox, kamança sınıq vəziyyətdə idi, burada bir neçə kitab vardı vəssəlam. Binanın kənardan görünüşü isə lap biabırçı vəziyyətdədir.Təsəvvür edin heç evin qarşısına Azərbaycana məxsus lövhə də vurulmayıb. Doğrusu bunu biz heç gözləməzdik. Qardaş ölkədə bu qədər imkanların qarşısında ölkənin milli mədəniyyətini bu dərəcədə təmsil etmək sadəcə dözülməzdir. Görən bunca illər ərzində İstanbula səfər edən rəsmi və qeyri-rəsmi qurumlarının nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət adamları, yazarlar bu acınacaqlı durumdan xəbər tutmayıblar? Əgər tutublarsa, niyə səslərini çıxardıb əlaqədar qurumları xəbərdar etməyiblər? Əslində burada susmaq özü dövlətçiliyə xəyanətdir. Hətta mərkəzin bələdçisi türk qardaşımız bildirdi ki dəfələrlə Azərbaycan səfirliyinə, İstanbuldaki konsulluğumuza məlumat veribamma tədbir görülməyib”.
B.Mirzəxanlı Kültür Mərkəzində Azərbaycan evinin kənardan görünüşünü lentə alaraq fotoşəkli təqdim edib.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı