Azərbaycan Milli Ordusunun hərbçiləri ilə bağlı ayrı-ayrılıqda bədbəxt hadisələr baş verib. Modern.az APA-ya istinadən bildiri ki, Müdafiə Nazirliyinin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində əsgər, Lənkəran Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1993-cü il təvəllüdlü Hüseynli Sakit Aslan oğlu xidməti silahı ilə özünü vurub. Nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib.
Həmin hərbi hissənin zabiti, mayor İbrahimov Aftandil Ağamalı oğlu isə avtomobil qəzasına düşərək həyatını itirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev hər iki faktı təsdiqləyib.
İyulun 28-də Azərbaycan Ordusunun bir əsgəri də minaya düşüb. Hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, neytral ərazidə minanın partlaması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Hasil Sərxanov xəsarət alıb. Yaralı hospitala yerləşdirilib.
Qeyd edək ki, H. Sərxanov 2010-cu ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.