Modern.az

Gədəbəydə İnəkboğanın təhlükəsinə son qoyuldu (FOTOLAR)

Gədəbəydə İnəkboğanın təhlükəsinə son qoyuldu (FOTOLAR)

30 İyul 2011, 15:02

Gədəbəydə əhalinin rahatlığı və təhlükəsizliyinin təmin etmək məqsədilə  rayonun bir neçə kəndinə aparan yolda yeni körpü istifadəyə verilib. Modern.az-ın məlumatına görə, Gədəbəy rayonunun Qasımlı və İnəkboğan kəndlərini birləşdirən, İnəkboğan çayı üzərində yeni körpü 52 aşırımlıdır.
Körpünün açılışı mərasiminə Gədəbəy rayon İH başçısı, ictimaiyyət nümayəndələri və kənd sakinləri qatılıblar. Körpünün açılışında çıxış edənlər bunu dövlətin əhaliyə göstərdiyi diqqətə kimi qiymətləndiriblər. Sonra yeni körpünün açılışını simvolizə edən qırmızı lent kəsilib, ilk avtomobillər və piyadalar buradan keçiblər.
Tovuz, Qazax, Gədəbəy rayonları üçün bu körpü çox əhəmiyyətlidir və ondan 100 mindən çox sakinin istifadə edəcəyi bildirilir.
Körpü 20-yə yaxın ətraf yaşayış məntəqəsinin əhalisinə xidmət edəcək.  Müasir tipli körpünün istifadəyə verilməsi nəticəsində daşqın və sel təhlükəsi ilə seçilən və son 50 il ərzində 14 nəfərin həyatına, çoxlu sayda mal-qara itkisinə  bais olmuş İnəkboğan çayının bu təhlükəsinə də son qoyulmuş olacaq.




Xaliq Qurbanlı
Gəncə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı