Modern.az

Azərbaycanın xaricdəki hərbi attaşe və hərbi nümayəndələri Bakıya çağırılıb

Azərbaycanın xaricdəki hərbi attaşe və hərbi nümayəndələri Bakıya çağırılıb

1 Avqust 2011, 10:44

Azərbaycan Silahlı Qüvvələrin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  toplantı avqustun 3-5-də Bakıda təşkil olunacaq.

Ümumiyyətlə, avqustda hərbçilərimiz bir sıra tədbiqlərə qatılacaqlar. Ayın 8-12-də Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, xüsusi təyinatlılar üçün maneələri dəf etmək üzrə təlimatçı kursu keçiriləcək.

Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən avqustun 8-dən gələn il iyunun 15-dək Birləşmiş Komandanlıq və Baş Qərargah kursu, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən       08.08.2011 - 26.05.2012-ci il tarixində Hərbi Dəniz Qərargah kursu, Azərbaycan-ABŞ iş planına əsasən       10.08.2011-14.12.2012-ci il tarixində Quru Qoşunları Komanda Qərargah Akademiyası, Azərbaycan-ABŞ iş planına əsasən 10.08.2011-20.05.2012-ci il tarixində piyada zabitin təməl kursu ,10.08.2011-26.07.2012-ci il tarixində piyada kapitanları kursu təşkil olunacaq.

Azərbaycan-Türkiyə İkitərəfli hərbi əməkdaşlıq planına əsasən (15-26.08.2011) partlanma üsulları, mina və tələ-minalar  üzrə kurs, Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən (22.08-23.12.2011) ingilis dili kursu, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən (22-26.08.2011) qüvvə planlaşdırılması üzrə ekspert danışıqları, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən (22.08.-09.09.2011) əməliyyat atıcılığı kursu, Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən (23-26.08.2011) beynəlxalq sülhməramlı missiyalar üzrə təcrübə mübadiləsi və “ISAF” əməliyyatları ilə bağlı əldə edilmiş təcrübələr mövzusunda seminar, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən (29.08.2011-07.04.2012) Tərəfdaş Zabitlərin Sualtı Əsas Əməliyyat kursu keçiriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı