Modern.az

Nazirlik Azərbaycanda "Demoqrafiya və Sağlamlıq Sorğusu"na başladı

Nazirlik Azərbaycanda "Demoqrafiya və Sağlamlıq Sorğusu"na başladı

2 Avqust 2011, 11:16

Avqustun 1-dən etibarən Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işlərinə başlanılıb. “Səyyar sorğu işlərinin 2011-ci il oktyabr ayına kimi aparılması nəzərdə tutulub. Sorğunun nəticələri səhiyyədə, təhsildə və demoqrafik siyasətdə rast gəlinən problemlərin həlli üçün əhəmiyyətlidir”-deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 Tədqiqat çərçivəsində seçilmiş ev təsərrüfatlarının xarakteristikası, sosial-iqtisadi göstəricilər, antropometrik göstəricilər, təhsil səviyyəsi və sairə ilə bağlı məlumatlar toplanılacaq. Eyni zamanda körpə və 5 yaşadək uşaq ölümü, uşaqların sağlamlığı, ana sağlamlığı, gender münasibətləri və qadınların ailədə səlahiyyətləri mövzuları araşdırılacaq. Fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti, ailə planlaşdırılması, qidalanma, yetkinlik yaşına çatanların sağlamlığı, QİÇS, cinsi yolla keçən xəstəliklərlə (bilik, münasibət və davranış) bağlı suallar da veriləcək.

Demoqrafiya və Sağlamlıq Sorğusu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Seçmə 2009-cu ildə Azərbaycan Respublikasında aparılmış əhalinin siyahıyaalınması əsasında Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilib. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib. Sorğu alətlərinə Ev təsərrüfatının Sorğu Vərəqəsi və 15-49 yaşlı Qadınların Sorğu Vərəqəsi daxildir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı