Modern.az

Rövnəq Abdullayev yeni idarə yaratdı, ona rəis təyin etdi

Rövnəq Abdullayev yeni idarə yaratdı, ona rəis təyin etdi

2 Avqust 2011, 14:32


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinidə (ARDNŞ) yeni qurum - Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) yaradılıb. ARDNŞ-nin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, TTSİ Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin və Xəzər Dəniz Neft Donanmasının Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin maddi-texniki bazası əsasında fəaliyyət göstərəcək.

Yeni yaradılan  idarə sazişlər əsasında neft sənayesi və respublikanın digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrlarının hazırlanmasını, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulmasını, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkilini, sertifikatlaşdırma və beynəlxalq standartların nəzəri əsaslarının həyata keçirilməsində metodiki və texniki xidmətlərin göstərilməsini, o cümlədən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında standartlara uyğun təlimlərin aparılmasını və təkmilləşdirilməsini həyata keçirir.

İdarə peşə-ixtisas təhsili müəssisələrində ayrı-ayrı peşələr üzrə yeni fəhlə kadrların, ARDNŞ-nin mühəndis-texniki işçilərinin tələb olunan səviyyədə yenidən hazırlanmasını, şirkətin müəssisə və təşkilatlarına işə qəbul olunanların əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmasını, müəssisə və təşkilatlarda çalışan qaynaqçıların atestasiyası və beynəlxalq standartlara uyğunlaşdırılması proqramının tərtib edilməsini, kurslara cəlb edilən  mühəndis-texniki işçilərin, atestasiyadan keçirilən qaynaqçıların, dalğıcların, matrosların və dəniz neftçilərinin sertifikatlaşdırılmasını təmin edəcək, beynəlxalq standartların nəzəri əsaslarının hazırlanması və həyata keçirilməsində ARDNŞ-nin müəssisələrinə texniki yardımların göstərilməsinin təşkili, həmçinin tabeliyində olan peşə-ixtisas təhsili müəssisələrində təhsil qanunvericiliyinin icrasına nəzarəti yerinə yetirəcək.

ARDNŞ prezidentinin əmri ilə Fuad Süleymanov Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi təyin olunub.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı