Modern.az

“Azal”, Silk Way bankı və VISA birgə ödəniş kartı buraxır

 “Azal”, Silk Way bankı və VISA birgə ödəniş kartı buraxır

2 Avqust 2011, 16:14

“AZAL - SWBANK - VISA” kartı ilə pulsuz aviabilet  qazanmaq mümkündür

Azərbaycan Hava Yolları, Bank Silk Way və VİSA birlikdə kart hazırlayıblar. Bu ödəniş kartı özündə bank kartının üstünlüklərini və “Azal Miles” proqramının iştirakçısı imtiyazlarını birləşdirir. Silk Way Bankının marketinq və ictimai əlaqələr departamentindən aldığımız məluamat görə, bu kartın hesabına “Azərbaycan Hava Yolları” aviaşirkətinin reyslərinə pulsuz bilet əldə etmək üçün milləri toplamaq çox asanlaşıb.

Belə ki, “AZAL - SWBANK - VISA” kartı ilə gündəlik alış-veriş və xidmətlərin haqqını ödəməklə pulsuz uçuş üçün bilet qazanmaq olar. Çünki bu kartdan hər istifadə zamanı onun sahibinin hesabına əlavə millər hesablanır. Bu zaman ödənişin hansı valyuta aparılmasının fərqi yoxdur.

Bundan əlavə, müştəri Visa Classic birgə kartını rəsmiləşdirərkən, avtomatik olaraq 2 hədiyyə mil əldə edir, Visa Gold birgə kartını rəsmiləşdirərkən isə həmin kartla ilk ödəniş zamanı 4 hədiyyə mil qazanır.

Kartın üstünlüyündən biri də odur ki, bu ödəniş kartından Azərbaycanda olduğu kimi, xaricdə də istifadə etmək olar. Hətta “Azərbaycan Hava Yolları” aviaşirkətinin reyslərinə bilet alarkən kartdan istifadə edərkən kart sahibinin hesabına həm uçuşa, həm də bilet alışı zamanı kartdan istifadə olunduğuna görə millər əlavə edilir.

Bir sözlə, bank kartından mümkün olduqca çox istifadə etməklə hesaba daha çox millər qazanmaq olar ki, sonradan bu millərin hesabına pulsuz bilet qazanmaq mümkündür. Kart vasitəsilə dükanlarda istənilən, hətta ən kiçik alış-verişləriniz üçün heç bir əlavə komissiya olmadan ödənişlər etmək olar.

Bütün bunlardan əlavə, birgə ödəniş kartlarının sahibləri həm “Azal”ın reyslərinə pulsuz biletlər əldə etmək, həm də standart baqaj normasından 10 kq artıq baqajın aparılması, xidmət sinfinin “ekonom” sinfindən “biznes” xidmət sinfinə yüksəltməyə imkan verir. 

Əlavə məlumatı www.miles.swbank.az saytından əldə etmək olar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı