Qəbələ RLS-in yenidən qurulması yaxın iki ildə yekunlaşacaq. Modern.az bildirir ki, bu barədə RİA-Novosti məlumat yayıb. Məlumatda bildirilir ki, 2013-cü ilə qədər stansiyanın ən müasir avadanlıqla təzhiz edilməsi planlaşdırılır. Bu RLS-in imkanlarını bir neçə dəfə artırmaq imkanı verəcək.
Ötən həftə Bakıda olan Rusiya müdafiə naziri Anatoliy Serdyukov bildirib ki, bununla bağlı yaradılmış işçi qrup texniki məsələləri həll etmək üçün Bakıya getməyə hazırlaşır.
“Biz avqustun 15-də Səfər Əbiyevlə RLS-lə bağlı sazişin bəndlərini detallı şəkildə müzakirə edə bilərik”-deyə Serdyukov bildirib.
Hazırda RLS-də böyük bərpa işlərinə başlanılıb. Yeni avadanlıqlar və antennalar qurulur. Buna görə RLS hazırda müəyyən fasiələlərə işləyir.