Avqustun 2-də DİN Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən «N» saylı hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yataqxana binasının istifadəyə verilməsinə həsr edilmiş təntənəli mərasim keçirilib.
Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Modern.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, mərasimdə dişlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov yataqxana kompleksinin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri olduğunu qeyd edib.
Yataqxanada mənzillə təmin olunmuş mayor Zaur Bağırov, zabitlərdən birinin ailə üzvü Hürü Yusifova çıxış edərək onlara göstərilən diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə rəhbərliyinə təşəkkür ediblər.
Nazir Ramil Usubov isı yeni mənzillərlin sahiblərini və ailə üzvlərini təbrik edib. O, son illər hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələrinin tikilməsindən bəhs edib.
Ramil Usubov bu ali diqqətə hərbi qulluqçuların əməli fəaliyyətlə- cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində, xidməti və döyüş tapşırıqlarının yerinə yetirilməsində yeni uğurlarla cavab verəcəklərinə əmin olduğunu bildirmiş, tapşırıq və tövsiyələrini verib.
Daxili işlər naziri mənzillərin orderlərini sahiblərinə təqdim etdikdən sonra binanın açılışını bildirən qırmızı lenti kəsib.
Bildirilib ki, yaşayış binasının sahəsi 6100 kvadratmetrdir. Beş mərtəbəli binada 68 mənzil var. Binanın ətrafında 7500 kvadratmetr ərazi abadlaşdırılıb.
Ramil Usubov binada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub, görülmüş işlərdən razılığını bildirib.
Sonda nazir bir zabit ailəsinin qonağı olub, onlarla çay süfrəsi arxasında söhbət edərək gündəlik qayğıları və yaşayış şəraiti ilə maraqlanıb.
Modern.az