Modern.az

"Neftçi" klubu yeni baş məşqçinin adını açıqladı

"Neftçi" klubu yeni baş məşqçinin adını açıqladı

2 Avqust 2011, 18:37

Bu gün saat 17:00-da "Neftçi" futbol klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə toplantı keçirilib. Klubun saytında verilən xəbərə görə, klub rəhbərliyinin iştirak etdiyi toplantıda "Neftçi" PFK-nın məşqçilər korpusuna yeni təyinatlar təsdiqlənib.

Bundan sonra komandanın baş məşqçisi vəzifəsini Böyükağa Hacıyev yerinə yetirəcək. Komandanın direktoru Güloğlan Cabbarov, baş məşqçinin köməkçisi Tərlan Əhmədov, seleksiyaçı-məşqçi Kamal Quliyev olacaq.

Bəxtiyar Musayev əvvəl olduğu kimi, yenə də baş məşqçinin seleksiya üzrə köməkçisi, Mehmet Ak fiziki hazırlıq üzrə məşqçi, Neboyşa Manoyloviç isə qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək.

Komanda saat 19:00-da klubun bazasında baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı