Modern.az

Şeyxin qudasını həbsdən buraxdılar

Şeyxin qudasını həbsdən buraxdılar

3 Avqust 2011, 10:36


19 iyinda İspaniyada həbs olunan tanınmış türk iş adamı Əli Evsen azadlığa buraxılıb. Modern.az bildirir ki, bu barədə “Yeni müsavat” məlumat yayıb. Həbsi müddətində Türkiyə mətbuatı ona “Mübarəkin türk kassiri” adını vermişdi. İddaya görə Əli Evsen Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ən yaxın adamı Hüseyin Salemi, Salemin oğlu Halid Salemi ilə birgə çirkli pulların yuyulmasında, rüşvət verməkdə və başqa maxinasiyalarda suçlanırdı.

İstintaq dövründə Əli Evsenin azadlığa buraxılması üçün 18 milyon avro girov tələb olunurdu. Dəqiqləşdirilməmiş məlumata görə, Əli Evsenin yaxınları bu məbləğı ödəyərək, onun azadlığa buraxılmasına nail olublar.

Qeyd edək ki, Əli Evsen Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın də ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “Azsamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır.

Əli Evsen həm də QMİ sədri Hacı Allahşükür Paşazadənin qudasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı