Bütün qruplar üzrə 34171 abituriyentdən 32561-ü ixtisas seçib
2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 22-dən avqustun 2-dək (saat 00:00-dək) internet vasitəsilə ixtisas seçimi ediblər.
Modern.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, mu mərhələdə abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək, ixtisas seçimi ərizələrini təsdiqləyiblər.
Aşağıdakı cədvəldə ixtisas seçimi ərizəsini təsdiqləmiş abituriyentlərin sayına dair ilkin statistik məlumatlar təqdim olunur:
Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat | ||||||||||||||||||||||||||||||
|
Qeyd edək ki, I ixtisas qrupu üzrə 9818, II qrupda 9645, III qrupda 9720, IV qrupda 4988 nəfərin, ümumilikdə 34171 abituriyentin müsabiqədə iştirak hüququ var idi. Beləliklə, onlardan 32561 nəfəri ixtisas seçimi ərizəsini təsdiq ediblər.
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin avqustun 4-də elan olunması nəzərdə tutulur.
Modern.az