Modern.az

Bakıda ət sexində partlayış olub, 3 nəfər ölüb (YENILƏNİB)

Bakıda ət sexində partlayış olub, 3 nəfər ölüb (YENILƏNİB)

3 Avqust 2011, 13:05

Bakıda ət məhsulları istehsal olunan sexdə partlayış olub. Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 09.30 radələrində Ağa Nemətulla küçəsində yerləşən ət məhsulları istehsal edən sexdə meydana gəlib. Nəticədə sexdə olan şəxslərdən 3 nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Hələlik onların adları dəqiqləşdirilir.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməliyyatçıları işləyir.

***

Hadisə yerində olan Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib ki, partlayışda ölənlər sex rəisi 42 yaşlı Rövşən Ağagülov, işçilər 40 yaşlı Asəf Vahabov və 21 yaşlı Nurlan Xəlilovdur. Bakı şəhər sakini 34 yaşlı Rüstəm Şükürov isə yaralanıb.
Baş həkimin sözlərinə görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus istehsalat sexindəki partlayışda 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı