Modern.az

AŞPA-nın məruzəçisi Bakıya gələcək

AŞPA-nın məruzəçisi Bakıya gələcək

3 Avqust 2011, 14:10

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser oktaybr ayında Bakıda keçiriləcək insan hüquqları ilə bağlı beynəxlaq konfranda məruzəçi qismində iştirak edəcək. Bu barədə Modern.az –a  “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullyev məlumat verib. Onun sözlərinə görə, bununla bağlı AŞPA katibliyi ilə əlaqə saxlayaraq səfər proqramını müzakirə edirlər.

“Ştrasserin avqust ayında Bakıya gəlməsi planlaşdırılmışdı. Lakin bu beynəlxaq konfransın vaxtı müəyyən edildikdən sonra qərara alındı ki, AŞPA nümayəndəsi tədbirdə əsas məruzəçi kimi iştirak etsin”-deyə E. Fətullyev qeyd edib.

Xatırladaq ki, rəsmi Bakının bütün etirazlarına rəğmən AŞPA 2008-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi təyin edib. Bundan sonra Azərbaycan hakimiyyəti Ştrasserə ölkəyə gəlməklə bağlı rəsmi dəvət göndərməkdən imtina edib.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı