Modern.az

Sabir Rüstəmxanlı ABŞ səfirliyinin katibilə görüşdü

Sabir Rüstəmxanlı ABŞ səfirliyinin katibilə görüşdü

3 Avqust 2011, 14:17

Bu gün saat 11:00-da Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin ikinci katibi Rayan T.Kembel VHP sədri Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı ilə görüş keçirib.
VHP Mətbuat və informasiya xidmətindən Modern.az-a bildirilib ki, görüşdə əsasən bölgədəki vəziyyət, Azərbaycanın öz qonşuları - Rusiya, İran, Gürcüstan, xüsusilə Türkiyə ilə münasibətləri, iqtisadi-siyasi və mədəni-mənəvi əlaqələri müzakirə olunub. Türkiyədə baş verən son proseslər, ordu komandanlarının istefası və bu istefaya Azərbaycan ictimai fikrinin reaksiyası görüşün əsas danışıq mövzusunu təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı