Modern.az

Nəsimi rayonunda enerji qəzası.., redaksiyanın da işi pozulub

Nəsimi rayonunda enerji qəzası.., redaksiyanın da işi pozulub

3 Avqust 2011, 15:59

Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsində elektrik enerjisinin 7 saatdır kəsilməsi ərazidəki obyektlərin işini iflic edib. Bu barədə Modern.az saytına Hüseynbala Əliyev 9 ünvanında fəaliyyət göstərən 24saat.az saytının redaktoru Nicat Sadıxlı məlumat verib. Onun sözlərinə görə, sözügüdən problemlə əlaqədar 24saat.az da yenilənmir.
N.Sadıxlının sözlərinə görə, “Bakıelektrikşəbəkə”dən onlara kabelin zədələndiyini deyiblər.
“Biz gedib hadisə yerinə baxdıq, məlum oldu ki, zədələnən kabel haradasa torpağın 1,5 m dərinliyindən keçir. “Bakıelektrikşəbəkə”nin isə avadanlığı 70 sm dərinlikdən keçən kabellərdə zədələnmələri tapa bilir. Bunu hadisə yerində olan “Bakıelektrikşəbəkə”nin işçiləri bizə söylədilər”.
Jurnalist bildirib ki, əraziyə 7 saat enerji verilməməsi mağazalarda bir çox məhsulların zay olması ilə nəticələnib. İşığın isə nə vaxt yanacağı bilinmir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı