ARDNŞ keçən il üçün maliyyə faəliyyətinin yekunlarını açıqlayıb
Dövlət Neft Şirkətinin saytında Ernst & Young Holding-in auditor rəyi əsasında ARDNŞ-nin 2010-cu il üçün maliyyə fəaliyyətinin yekunları açıqlanıb. Qeyd edək ki, 2009-cu ilin yekunları ötən ilin oktyabrında elan olunmuşdu.
Gəlirlər. ARDNŞ-nin ümumi gəlirləri 5 mlrd 527 mln 265 min manat (2009-cu ildə 4 mlrd 195 mln 981 min) olub. Azərbaycandakı gəlirlər 3 mlrd 484 mln 201 min (2 mlrd 764 mln 292 min), Türkiyədə 1 mlrd 583 mln 968 min manat (1 mlrd 113 mln 186 min), Gürcüstanda 459 mln 96 min manat (318 mln 503 min manat) təşkil edib. Göründüyü kimi, şirkətin Azərbaycandakı gəlirləri 65,9%-dən 63%-ə azalıb.
ARDNŞ-nin gəlirlərinin əsasını neft və neft-kimya məhsulları təşkil edir. Bu gəlirlər 1 mlrd 745 mln 931 min manat (1 mlrd 524 mln 504 min manat) və 1 mlrd 651 mln 468 min manat (1 mlrd 68 mln 525 min manat) olub. Hesabat dövründə xam neft və təbii qazdan gəlirlər ümumi gəlirlərin 35,5%-dən 34,9%-ə azalıb. Rəyə görə, 2010-cu ildə ARDNŞ-nin xam neft və təbii qazdan gəlirləri 1 mlrd 160 mln 595 min manat (939 mln 154 min manat) və 766 mln 735 min manat (549 mln 963 min manat) təşkil edib. Ötən il digər gəlirlər 113 mln 835 min manatdan 199 mln 535 min manata artıb.
Xərclər. 2010-cu ildə ARDNŞ-nin xərcləri 4 mlrd 149 mln 62 min manat (2009-cu ildə - 2 mlrd 803 mln 770 min manat) olub. 1 mlrd 672 mln 378 min manat (1 mlrd 266 mln 663 min) xammal və material alışına xərclənib. 649 mln 641 min manat (590 mln 655 min manat) köhnəlmiş əsas vəsaitlərin çıxarılmasına xərclənib. Əmək haqqı fondu 555 mln 90 min manat (455 min 776 min manat) olub. Ötən il ARDNŞ kommunal xidmətlər üçün 212 mln 377 min manat (50 mln 920 min) ödəyib.
Aktivlər. ARDNŞ-nin ümumi aktivləri 14 mlrd 833 mln 561 min manatdan 15 mlrd 726 mln 983 min manata, ümumi kapitalı 8 mlrd 41 mln 61 mindən 8 mlrd 160 mln 95 min manata artıb. Cari aktivlər 3 mlrd 681 mln 551 min manatdan 4 mlrd 871 mln 11 min manata artıb, uzunmüddətli aktivlər 11 mlrd 152 mln 1 min manatdan 10 mlrd 855 mln 873 min manata düşüb. Halbuki əsas vəsaitlərin qiymət artımı 7 mlrd 946 mln 556 mindən 8 mlrd 244 mln 627 min manata artıb. ARDNŞ-nin nizamnamə kapitalı 622 mln 726 min manatdan 632 mln 732 min manata çoxalıb.
Mənfəət. Şirkətin xalis mənfəəti 2010-cu ildə 893 mln 578 min manatdan 655 mln 74 min manata, vergiyə qədər mənfəət 1 mlrd 369 mln 343 mindən 1 mlrd 238 mln 4 minə düşüb.
Kapital qoyuluşu. 2010-cu ildə ARDNŞ-nin əsaslı xərcləri 6% - 2 mlrd 718 min manatdan (2009-cu il) 1 mlrd 680 mln 571 min manata azalıb. O cümlədən ölkədə əsaslı xərclər 1 mlrd 934 mln 972 min manatdan 1 mlrd 616 mln 361 min manata azalıb. Türkiyədə xərclər 37 mln 151 min manatdan 11 mln 498 min manata azalıb, Gürcüstanda 26 mln 119 mln manatdan 33 min 168 min manata artıb.
Kreditlər. Auditor hesabat ilində ARDNŞ-nin debitor borclarının 13,98%, kreditor borclarının 17,63% artdığını bildirir. Rəyə əsasən, 2010-cu ildə şirkətin borcları 2 mlrd 405 mln 691 min manat (2 mlrd 110 mln 644 min manat) olub. Kreditor borcları son ildə 2 mlrd 87 mln 755 mlndən 2 mlrd 455 mln 829 mln manata artıb.
Bu dinamika ötən il qəbul edilən qərarlar fonunda diqqət çəkən fakt kimi görünür. Bir tərəfdən, hökumət enerji sektorunda qarşılıqlı borcların silinməsi barədə qərar qəbul edib və bu, ARDNŞ-nin debitor borclarını 1,3 mlrd manat azaltmalı idi, amma bu, baş verməyib. Digər tərəfdən, AMB-nin birbaşa krediti (750 mln manat) kreditor borcun azalmasına kömək etməli idi. Onu bu məqsədlə götürmüşdülər.
Modern.az