Modern.az

Fərdi risklər haqqında bələdçi saytı açılıb

Fərdi risklər haqqında bələdçi saytı açılıb

4 Avqust 2011, 09:25
AXA MBASK korporativ məsuliyyət sahəsində nümunə təşkil edəcək layihələrə imza ataraq fərdi risklər haqqında bələdçi səciyyəli yeni internet səhifəsini istifadəçilərə təqdim edir. 

"AXA MBASK olaraq gördüyümüz işləri, göstərdiyimiz xidmətləri mahiyyətinə görə sosial məsuliyyətimizin bir parçası hesab etdiyimizi hər fürsətdə qeyd edirik. Təəssüf ki, risk həyatın bütün sahələrində daim yanımızdadır. Fərqinə varmasaq belə, səhər oyandıqdan axşam yuxuya gedənədək bir çox risklərlə qarşılaşırıq"-deyə AXA MBASK-dan Modern.az-a bildirilib .  

Bu saytın məqsədi - fərdlərin gündəlik həyatda tez-tez üzləşdikləri riskləri tanıtmaq, bu riskləri və onlardan irəli gələn nəticələri aradan qaldırmaqda insanlara yol göstərməkdir. Şirkətin rəhbərliyi və kollektivi AXA MBASKın təməl dəyərlərini rəhbər tutaraq və sosial məsuliyyət hiss edərək hazırladığımız bu saytın istifadəçilər üçün faydalı olmasını arzulayır.  

AXA MBASK tərəfindən “risklər dünyası” şüarı ilə istifadəyə verilən saytda insanları daha çox maraqlandıran məsələlər – özlərinin və yaxınlarının səhhəti, evi, maşını və səyahəti ilə bağlı qarşıya çıxa biləcək risklər, həmçinin faydalı məlumatlar təqdim olunur.  “Risklər dünyası” adlı sayta //risk.axambask.az ünvanından daxil olmaq olar. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı