Modern.az

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının ilk sammiti keçiriləcək

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının ilk sammiti keçiriləcək

4 Avqust 2011, 11:01

Türkiyə prezidenti Abdulla Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının oktyabr ayında Qazaxstanda keçiriləcək zirvə görüşündə iştirak edəcək. Modern.az “Novosti-Kazaxstan” agentliyinə istinadən bildirir ki, bu barədə Qazaxstanın xarici işlər naziri Erjan Qazıxanov deyib.

“Abdulla Gül dəvəti qəbul edib və Alma-Atada keçirilən sammitdə iştirak edəcək”-deyə o türk həmkarı Əhməd Davudoğlu ilə birgə keçirdiyi brifinqdə məlumat verib.

Qeyd edək ki, bu şuranın yaranması barədə razılq 2009-cu ildə Naxçıvanda keçirilən türkdilli ölkə başçılarının doquzuncu zirvə görüşündə əldə edilib.

Oktyabrın 21-22-də Alma-Atada da keçiriləcək sammitdə Şuranın fəaliyyətini müaəyyən edəcək əsas sənədlər müzakirə ediləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı