Bakı ilə Tiflis arasında növbəti qalmaqalın əsası qoyulur
Gürcüstan Patriarxlığının rəhbərliyi ilə Tiflisdə keçirilən pravoslavların ümümi yığıncağı Azərbaycanda gürcü kilsəsinin statusunun tanınması ilə bağlı prezident Saakaşviliyə tələb irəli sürüb. Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, bundan əlavə gürcü pravoslavları gürcü kilsələri üçün bu statusun həmçinin Türkiyə, Ermənistan və Avropa ölkələrində də tanınmasını tələb edirlər.
Gürcü dindarları parlamentin iyul ayında vətəndaş Kodeksinə dəyişiklikdən sonra digər dini icmalara status verilməsinin müqabilində bu tələbi səsləndiriblər.
“Əks təqdirdə birtərəfli şəkildə qəbul edilmiş qanun təcili şəkildə ləğv edilməlidir. Bu qanun Pravoslav kilsəsinin diskriminasiyasına səbəb olub və xrisitianların huquqlarının pozulmasıdır”-deyə yığıncaq iştirakçılarının qəbul etdiyi müraciətlərində deyilir.
Bundan başqa, yığıncaq iştirakçılarının fikrincə, Gürcüstanda status verilmiş digər dini icmaların ölkənin ənənənlərinə və maraqların zidd olub-olmadığı da araşdırılmalıdır.
Yığıncaq iştirakçıları bəyan ediblər ki, sentyabr ayına qədər bu tələblər yerinə yetirilməsə, onlar mövcud hakimiyyəti pravoslav xrisitanlarının diskriminasiyasını həyata keçirən hökümət kimi tanıyacaqlar.
Qeyd edək ki, iyul ayında Gürcüstan Vətəndaş kodeksində edilən dəyişikləik nəticəsində ölkədə fəaliyyət göstərən digər dini icmalara statusu tanınıb və onlara fəaliyyət göstərmək imkanı yaradılıb. Bu addım Gürcüstnada yaşayan müsəlmanların yeni idarədə cəmləşməsi ilə eyin vaxta təsadüf edib. Qanunun qəbulu ərəfəsində elan olunmuş Gürcüstan Müsəlmanları İdarəsi azərbaycanlı müsəlmanların Qafqaz Müsəlmanlar İdarəsinin tabeliyindən çıxdığını bəyan edərək müstəqil qurumun daxilində fəaliyyət göstərəcəyini bildirib. Bu isə QMİ –nin ciddi etirazına səbəb olub. Hacı Allahşükür Paşazadə bu addımı “siyasi təxribatlara yol açan” addım kimi qiymətləndirib.
X. SƏFƏROĞLU