Modern.az

ATƏT-in Bakı Ofisinin yeni rəhbəri avqustun 15-dən sonra gələcək

ATƏT-in Bakı Ofisinin yeni rəhbəri avqustun 15-dən sonra gələcək

4 Avqust 2011, 12:48

ATƏT-in Bakı Ofisinin yeni rəhbəri Koray Taqay avqusutun 15-dən sonra öz vəzifəsinin icrasına başlayacaq. Bu barədə Modern.az-a ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən məlumat verilib.  Məlumatda bildirilir ki, hazırda Bakı ofisində rəhbər vəzifəsinin səlahiyyətlərini Melissa Stoun həyata keçirir.

Türk diplomatı Koray Taqay bu təyinata qədər Türkiyənin Çexiyadakı səfiri olub.

Qeyd edək ki, ATƏT-in Bakı Ofisinin əvvəlki rəhbəri, türkiyəli diplomat Əli Bilgə Cankorelin səlahiyyət müddəti bir müddət əvvəl başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı