Modern.az

«Qarabağ» azarkeşlərdən dəstək istədi

«Qarabağ» azarkeşlərdən dəstək istədi

4 Avqust 2011, 14:47

«Qarabağ» klubunun rəhbərliyi, məşqçi heyəti və futbolçuları azarkeşlərə müraciət edərək bu gün saat 21.00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Belçika «Brügge»si ilə keçiriləcək Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasında komandanı dəstəkləməyə çağırıb.

Bu haqda qol.Az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

«Qarabağ» ölkə çempionatında və son illər Avropada qazandığı uğurlara görə həm də daim onunla birgə olan azarkeşlərinə minnətdardır. Onlar həmişə - həm yaxşı, həm də çətin anlarımızda - bizimlə olublar. Klub rəhbərliyi və komandamız inanır ki, Belçikadakı üzücü məğlubiyyətimizə baxmayaraq, «Qarabağ»ın ürəkdən sevən azarkeşlər bu gün də stadionla bizim olacaq. İnanıram ki, biz məhz azarkeşlərimizin dəstəyi nəticəsində bu gün «Brügge»ni məğlub edə biləcəyik» - deyə Ə.Çəlikəl bildirib.

Xatırladaq ki, ötən həftə keçirilən ilk oyunda komandamız 1:4 hesabı ilə məğlub olub. Bu səbəbdən komandamızın vəziyyəti yaxşı deyil. "Qarabağ" növbəti mərhələyə çıxmaq üçün ən az 3 top fərqilə qələbə qazanmalıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı