Modern.az

Ali məktəblərdə boş qalan 2087 plan yerinə sabahdan sənəd qəbulu başlayır

Ali məktəblərdə boş qalan 2087 plan yerinə sabahdan sənəd qəbulu başlayır

4 Avqust 2011, 15:04

Ali məktəblərin boş qalan plan yerlərinə qəbul sabahdan başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında sənəd qəbulunun avqustun 5-dən başlayaraq 9-na kimi davam edəcəyini deyib. O, həmçinin qeyd edib ki, vakant yerlərə əlavə yerləşdirmə elanı, müsabiqə şərtləri və boş qalan yerlərin sayı “Abituriyent" jurnalının 7-ci sayında açıqlanacaq.

2011-2012-ci tədris ili üçün ali təhsil məktəblərinə tələbə qəbulu üçün aparılmış müsabiqənin nəticələri avqustun 3-də açıqlanıb. Cari ildə ayrılmış 31419 plan yerinə 29332 abituriyent qəbul olub. Qəbul planı 93,36 faiz dolub. Ümumilikdə 2087 plan yeri boş qalıb.
 "Abituriyent" jurnalının 6-cı sayında müsabiqə nəticəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları təqdim olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı