Modern.az

"Qarabağ" qələbə qazandı, mübarizədən kənarda qaldı

"Qarabağ" qələbə qazandı, mübarizədən kənarda qaldı

4 Avqust 2011, 23:57

Avqustun 4-də Avroliqanın III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Avropada mübarizə aparan yeganə təmsilçimiz  “Qarabağ” Belçika “Brügge”si ilə cavab görüşünə çıxıb. Səfərdə keçirilən ilk oyunda rəqibinə 1:4 hesabı ilə məğlub olan “Qarabağ”ın evdə işi heç də asan deyildi.

Növbəti mərhələyə adlamaq üçün "Qarabağ" rəqib qapısından 3 cavabsız top keçirməliydi. Lakin rəqibin güclü olması “Qarabağ”ın şanslarını müəyyən qədər azaldırdı.

Bununla belə, “Qarabağ” klubu doğma azarkeşlər önündə ən azı minimal hesabla da olsa, qələbə qazana bildi. Bu həm komanda, həm də Azərbaycanın reytinq xalı üçün çox əhəmiyyətli oldu.

Oyunboyu rəqib qapısına yol tapa bilməyən komandamız matçın 82-ci dəqiqəsində meydana daxil olan Bəxtiyar Soltanovun qolu ilə hesabı açdı. Bu "Qarabağ"ın qələbə qolu oldu. Qələbəyə baxmayaraq komandamız "play-off"a çıxa bilmədi. Bununla belə, "Qarabağ" avrokubokdakı son görüşünü qələbə ilə başa vurmaqla yanaşı, meydanı başıuca tərk etdi.

“Qarabağ” – “Brügge” - 1:0

Qol:
Bəxtiyar Soltanov, 82-ci dəqiqə.

Hakimlər: Saşa Kever, Daniel Vermelinger, Raffael Zeder, Stefan Bulman (hamısı İsveçrə).
UEFA nümayəndəsi: Genadi Skurtul (Moldova).
Hakim-inspektoru: Nathan Bartfeld (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ"ın start heyəti: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k) (Nderim Necipi, 76), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (Bəxtiyar Soltanov, 82).

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.

"Brügge"nin start heyəti: 1. Kolin Kusemans, 2. Tom Hoqli, 3. Mixael Almedak, 8. Lior Refaelov, 9. Byorn Vleminks (Yozef Akpala, 62), 13. Viktor Vaskes (Fries Deşilder, 66), 18. Rayan Donk (k), 19. Tomas Menuer, 20. Tibaut Van Aker, 28. Yannes Vansteenkiste, 32. Vadis Ocica.

Ehtiyat oyunçular: 33. Vladimir Kuyoviç, 4. Karl Hufkens, 6. Niki Zimlinq, 50. Sven Doest, 15. Yozef Akpala, 16. Maksim Lestyen, 26. Fries Deşilder. Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR