Modern.az

Həftə sonu şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək...

Həftə sonu şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək...

Təhsil

5 Avqust 2011, 12:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinidən Modern.aza verilən məlumata görə keçən günlərə nisbətən müşahidə olunan küləkli hava şəraiti sabah da davam edəcək.

Avqustun 6-da Bakı və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Şimal-qərb küləyi 15-20 m/s, arabir 25 m/s, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək.  Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Avqustun 7-də isə havanın dəyişkən buludlu olacağı, əsasən axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir, güclü şimal-qərb küləyi əsəcək. Şimal-qərb küləyi 10-15 m/s, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Avqustun 6-da Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı da var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək. 

Avqustun 7-də bölgələrdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək. 

Ümumiyyətlə, yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin davam edəcəyi gözlənilir.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR