Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 4-də saat 17.00 radələrində Lerik rayonunun Xəlifəküçə kəndi ərazisində, "VAZ-2106" markalı avtomaşında olan 3 naməlum şəxs, Lerik şəhərindəki qızıl mağazasının sahibi Məhləband kənd sakini Nazim Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşını saxlayıb, tapança və bıçaqla onu hədələyərək, avtomaşındakı 10.000 manat dəyərində qızıl əşyalarını, 600 manatını və mobil telefonunu ondan alıb, hadisə yerindən uzaqlaşıblar.
Lakin uzağa gedə bilməyiblər. Onlar Lənkəran-Lerik yolunun 25-ci km-də avtomaşınlarını maneəyə vurduqlarından, düşməli olublar.
Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Orxan Qasımov, Amil Quliyev və Asim Cəfərov tutulub, onlardan silah qisimində istifadə etdikləri bıçaq və oyuncaq tapança götürülüb.
Modern.az