Modern.az

Qəbul planı dolan və dolmayan ali məktəblərin adları açıqlanıb

Qəbul planı dolan və dolmayan ali məktəblərin adları açıqlanıb

Təhsil

5 Avqust 2011, 14:07

“Beş universitetdə qəbul planı 100 faiz dolub. Onlardan 3-ü Bakıda, 2-si isə regionlarda yerləşir”. Modern.az-ın məlumatına görə bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il qəbul yeri birinci turdan 100 faiz dolan universitetlər Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Diplomatiya Akademiyası, Lənkəran və Gəncə Dövlət universitetləridir. Bakı Dövlət Universitetində isə plan yerləri 98,78 faiz dolub.

Özəl üniversitetlərə gəlincə, M.Abbaszadə deyib ki, bu il abituryentlərin üstünlük verdiyi ali təhsil müəssisləri arasında Bakı Qızlar Universitetinin və Bakı Biznes Universiteti öndədir.

Onun sözlərinə görə hər iki universitet qəbul planını 100 faiz doldurub.

Qafqaz Universitetində plan yerləri 96 faiz, Xəzər Universitetində isə 94,95 faiz dolub. Özəl universitetlər arasında ən az müraicət olunanlar Təfəkkür, Bakı Asiya və Odlar Yurdu universitetləridir. Bu ali təhsil müəssilərində 46 faiz plan yeri dolub.

Aytən ƏLİYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR