NATO-nun Liviyada təşkil etdiyi bombardmanda Liviya lideri Müəmmər Qəddafinin oğullarından birinin öldüyü bildirilir. Modern.az xarici mətbuata istinadən bildirir ki, müxliflərin sözçüsü Məhəmməd Zəvavi NATO təyyarələrinin paytaxt Tripolidən 150 km şərqdəki Ziliten bölgəsində gerçəkləşdirdiyi bombardmanda Liviya liderinin oğlu Hamis Qəddafinin öldüyünü ifadə deyib.
Zəvavi bu məlumatın Müəmmar Qəddafinin əmrinə keçə bilən casuslardan alındığını söyləyib. O, həmçinin qeyd edib ki, bombardmanda Hamis Qəddafi ilə yanaşı, 31 adam da ölüb.
Liviya dövlət televiziyası da NATO təyyarələrininin dünən paytaxt Tripolinin Cənub-şərqində yerləşən hərbi və mülki hədəfləri bombaladığını bildirib.
Qeyd edək ki, NATO qüvvələrinin aprel ayının sonunda təşkil etdiyi hava hücumunda Qəddafinin kişik oğlu Seyful Ərəb Qəddafi ilə 3 nəvəsi ölmüşdü.
Modern.az