Modern.az

Siyavuş Novruzov NATO PA-nın payız sessiyasından danışdı

Siyavuş Novruzov NATO PA-nın payız sessiyasından danışdı

Təhsil

5 Avqust 2011, 17:59

Noyabr ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO Parlament Assambleyasının payız sessiyası keçiriləcək. Bu barədə hakim partiyanın saytına Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məlumat verib.
S.Novruzov bildirib ki, Azərbaycan nümayəndə heyəti bu sessiya zamanı da Qarabağ məsələsini diqqət mərkəzində saxlayacaq. Onun sözlərinə görə, digər beynəlxalq təşkilatlar kimi NATO da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

«Hələ ötən il bu qurumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin müzakirəsi nəzərdə tutulurdu. Amma 2010-cu ildə Azərbaycanda parlament seçkiləri keçirildiyi üçün biz sənədin müzakirəsinin təxirə salınmasını təklif etdik. Ümumiyyətlə, nümayəndə heyəti olaraq hər zaman bu məsələni, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək məqsədilə lazımi addımlar atırıq. Ümid edirik ki, NATO Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv sənəd qəbul olunacaq»- deyə nümayəndə heyətinin üzvü vurğulayıb.

Modern.az
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR