Modern.az

29 jurnalistə təhlükəsizliyin təmin edilməsinə dair təlin keçilib

29 jurnalistə təhlükəsizliyin təmin edilməsinə dair təlin keçilib

Təhsil

5 Avqust 2011, 18:16

“Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” iyulun 28-dən avqustun 3-nə kimi Bakı və Tərtər şəhərlərində jurnalistlər üçün “Jurnalist təhlükəsizliyinin təmin edilməsində yeni metodlar” mövzusunda 2 seminar təşkil edib.
“Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan”  layihəsi çərçivəsində keçirilən təlimlərdə Bakıda fəaliyyət göstərən, ümumrespublika yayımlı 16 aparıcı KİV redaksiyasından (AzərTAc, “Səs” İnformasiya Agentliyi, “Space” TV, İctimai TV, “Azadlıq” qəzeti, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzeti, “Kaspi” qəzeti, “Ekspress” qəzeti, “İki sahil” qəzeti, “Araz” qəzeti, “Bakı xəbər” qəzeti,  “Həftə içi” qəzeti,  lent.az saytı) 16 nəfər jurnalist qatılıb.

Tərtər Şəhərində keçirilən təlimlərə isə Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən  9 aparıcı KİV redaksiyasından ( “El” TV, “Xəzər” TV-nin Qərb regional bürosu, APA-nın Qərb regional bürosu, “Ağdam” qəzeti, “Kür” qəzeti, “Yeni Tərtər” qəzeti, “Ağdaş” qəzeti, “Bərdə” qəzeti) 13 nəfər jurnalist qatılıb.  Beləliklə,  iyulun 28-dən avqustun 3-nə kimi Bakı və Tərtər şəhərlərində  keçirilən “Jurnalist  təhlükəsizliyinin təmin edilməsində yeni metodlar”  mövzusunda 2  təlimə  ümumilikdə 25 KİV redaksiyasından 29 jurnalist qatılıb ki, bunlardan 9 nəfəri qadın jurnalistlər olublar.
Bakı və Tərtərdə keçirilən təlimlərin hər biri 3 gün davam edib. Beynəlxalq Jurnalistlər Federasiyasından olan beynəlxalq ekspertlər yerli jurnalistlərə onların təhlükəsizliklərini təmin etmək məqsədilə müasir beynəlxalq təcrübə barədə məlumat veriblər.  Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib.

“Seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan təhlükəsizlik modulları  ilə tanış etmək və bu sahədə onların bilikləri artırmaqdır. Bu, Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın müharibə şəraitində olması araşdırma ilə
məşğul olan jurnalistlər üçün spesifik problemlər yaradır. İndiki təlimlərin keçirilməsi Azərbaycan jurnalistlərinə imkan verir ki, onlar konfliktli məsələlər barədə araşdırma apararkən, yaxud münaqişəli məntəqələrdən reportajlar hazırlayarkən, öz təhlükəsizliklərini təmin edə bilsinlər” – deyə Jurnalsitlərin Həmkarlar İttifaqının sədri,  “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsinin  koordinatoru Müşfiq Ələsgərli Modern.az-a deyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR