Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın ”Daimlər” şirkətinin İdarə Heyəti sədri Dieter Zetsche vaxtilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk üçün hazırlanmış “Mersedes-Benz” avtomobilinin fotoşəkilinin dərc olunmasına icazə verib.
Mərkəzi Stuttqartda yerləşən “Daimlər” şirkəti həmin avtomobilin hazırlanması sifarişini 9 iyul 1925-ci il tarixində sifariş alıb. 10 aprel 1926-cı ildə avtomobil Ankarada Atatürkün öz imzasıyla təhvil alınıb.
4 silindrli qara və tünd yaşıl rəngdəki avtomobildə ön kreslolara qara dəridən, arxa kreslolara parçadan üzlük çəkilibmiş.
Modern.az