“Eks-prezident Ayaz Mütəllibova oğlunun dəfnində iştirak etməsi üçün şərait yaradılmalıdır”. Bu sözləri Modern.az-a açıqlamasında 1992-ci ildə eks-prezidenti hakimiyyətdən uzaqlaşdıran AXC-nin rəhbərlərindən olmuş, eks-baş nazir Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, bu addım hər şeydən əvvəl insanlıq nümunəsi olardı.
“Ayaz Mütəllibov üzərində həm siyasi, həm də hüquqi baxımdan məhkəmənin keçirilməsi üçün situasiya yoxdur. Amnistiya və ya əfv fərmanı ilə onun təqibi dayandırılmalı, barəsində olan cinayət işi bağlanmalıdır”-deyə P. Hüseyn qeyd edib ki, o hakimiyyət tərəfindən bir addım atılacağını guman edir.
Modern.az