Modern.az

Lalə Şövkət də Ayaz Mütəllibova oğlunu dəfn etməyə şərait yaradılmasını istəyir

Lalə Şövkət də Ayaz Mütəllibova oğlunu dəfn etməyə şərait yaradılmasını istəyir

8 Avqust 2011, 18:34

Azərbaycan Liberal Partiyası eks-prezident Ayaz Mütəllibova vəfat etmiş oğlunu son mənzilə salınması üçün imkan yaradılmasını istəyir. Bu barədə Modern.az-a ALP-nin sədri Əvəz Temirxan açıqlama verib. Onun sözlərinə görə, partiya Azərbaycana rəhbərlik etmiş şəxsin öz ölkəsində yaşamasını dəstəkləyib.
“Biz həmişə hesab etmişik ki, keçmiş prezident siyasi qaçqın həyatı yaşamamalıdır”-deyə ALP sədri vurğulayıb. Ə. Temirxan qeyd edib ki, eks-prezident üçün belə ağır vaxtda oğlunun dəfnində iştirakına şərait yaradılmalıdır.
“Oğulun dəfnində iştirak etmə atanın borcudur, ona şərait yartmaq isə dövlətin borcudur”-deyən ALP sədri eks-prezidenti həbsi üçün heç bir əsas olmadığını vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı