Modern.az

Azərbaycan Prezidenti Soçiyə getdi

Azərbaycan Prezidenti Soçiyə getdi

9 Avqust 2011, 11:18


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşüb. Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Prezidenti Dmitri Medvedevlə Soçidə görüşəcək.

Modern.az bildirir ki, bu görüşlə bağlı Rusiya prezidentinin mətbuat xidməti  açıqlama yayıb. Açıqlamada bildirilir ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ probleminin tənzimlənməsi və Xəzər dənizinin hüquqi statusu əsas müzakirə mövzuları olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı