Modern.az

Daha bir idmançımız London olimpiadasına vəsiqə qazanıb

Daha bir idmançımız London olimpiadasına vəsiqə qazanıb

9 Avqust 2011, 11:26

Serbiyanın paytaxtı Belqradda atıcılıq üzrə Avropa çempionatı davam edir. Modern.az xəbər verir ki, Azərbaycan idmançısı İradə Aşumova çempionatda uğurla çıxış edərək 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qitə çempionatında qadınlar arasında pnevmatik tapançadan 25 metr məsafəyə gülləatma yarışlarında Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İ.Aşumova 6 seriyanın yekununda 577 xal toplayıb. Bu nəticə ilə atıcımız mükafatçılar sırasına düşə bilməsə də, London Olimpiadasına vəsiqəni təmin edib.

London Olimpiadası 2012-ci ildə keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı