Modern.az

Bakcell-in CIN abunəçiləri balanslarını bankomatlar vasitəsilə artıra biləcəklər

Bakcell-in CIN abunəçiləri balanslarını bankomatlar vasitəsilə artıra biləcəklər

9 Avqust 2011, 12:29

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti, CIN abunəçiləri üçün yeni xidmətini təqdim edir. Müştərilərin rahatlığını təmin etmək və onların artan tələblərinə cavab vermək məqsədilə, Bakcell CIN abunəçiləri üçün “bankomatlar vasitəsilə balansın artırılması” xidmətini işə salıb. 

“Bankomatlar vasitəsilə balansın artırılması” xidməti abunəçilərə AzeriCard və ya KapitalCard sistemləri üzərindən işləyən bankomatlardan istifadə etməklə balansa istənilən məbləğdə vəsait qoymaq imkanını yaradır.

Ödənilən məbləğ
(AZN-ƏDV daxil)

Etibarlılıq müddəti
(günlər)

1.99AZN-dək

10

2.00-5.99AZN arası

30

6.00 - 9.99AZN arası

150

10.00-19.99AZN arası

150

20AZN və daha çox

150

Bankomat vasitəsilə balansı artırmaq üçün, abunəçilər öz plastik kartlarından istifadə etməlidirlər. Abunəçi sadəcə öz mobil telefonunun nömrəsini və balansına əlavə etmək istədiyi istənilən məbləği daxil etməlidir. Ödəniş başa çatan kimi, vəsait abunəçinin balansına keçir və o,  bu barədə SMS bildiriş alır.

Qeyd etmək lazımdır ki, Klass və Gold abunəçiləri “bankomatlar vasitəsilə balansın artırılması” xidmətindən xeyli müddətdir ki, istifadə edirlər. İndi isə CIN abunəçiləri üçün də bu xidmət istifadəyə verildi. Xidmət sayəsində abunəçilər balanslarını artırmaq üçün məbləğin seçimində sərbəstdirlər və hətta çox kiçik büdcə ilə belə ünsiyyətdə qala bilərlər. 

Bu hələ son deyil! Bakcell abunəçiləri bankomatlar vasitəsilə həmçinin öz ailə üzvləri, qohumları, dostları və həmkarlarının Bakcell nömrəsinin balansını da artıra bilərlər. Bunun üçün sadəcə mobil telefonun nömrəsini bilmək kifayətdir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı