Modern.az

Mütəllibovun oğlunun vida mərasimi başa çatıb, mərhum dəfn olunub

Mütəllibovun oğlunun vida mərasimi başa çatıb, mərhum dəfn olunub

Təhsil

9 Avqust 2011, 14:51


Təzəpir məscidində eks-prezident Ayaz Mütəllibovun oğlu Azad Mütəllibovla vida mərasimi başa çatıb. Modern.az bildirir ki, eks-prezidentin qohumları və ASDP üzvlərinin müşayəti  ilə cənazə məsciddən götürülərək Yasamal qəbirstanlığına aparılıb.
Azad Mütəllibov babası Niyaz Mütəllibovun yanında dəfn ediləcək.  Təziyə mərasimini aparan Təzəpir məscidnin axundu toplaşanlara bildirib ki, mərhumun 3-ü orucluğa təsadüf etdiyi üçün onun adına veriləcək ehsan Bakının internat məktəbəlrinin birinə göndəriləcək. Mərhumun 40 mərasimi isə sentyabrın 15-da Təzəpir məscidnini mərasim zalında keçiriləcək.

Əməkdaşımızın məlumatına görə, Ayaz Mütəllibovun oğlu artıq Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal