Modern.az

Lalə Şövkət bəyanat verdi...

Lalə Şövkət bəyanat verdi...

9 Avqust 2011, 15:02

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət eks-prezident Ayaz Mütəllibova qarşı qaldırılmış cinayət işinin qapadılmasını tələb edib. Bu barədə bəyanatı Modern.az-a təqdim edən ALP sədri Əvəz Temirxan qeyd edib ki, partiya eks-prezidentin vətənə dönüşünü dəstəkləyir. Lalə-Şövkətin bəyanatda bildirilir ki, A.Mütəllibova qarşı irəli sürülən ittihamlar siyasi xarakterlidir və heç bir hüquqi əsası yoxdur.

Keçmiş dövlət katibi Lalə Şövkət eks-prezidentə qarşı qaldırılan cinayət işinə xitam verilməsini istəyir. Bundan əlavə, ALP lideri "Eks-prezdentlərin statusu haqqında" Qanunun qəbulunu və onun Ayaz Mütəllibova da şamil edilməsini, onun Azərbaycanda yaşaması üçün normal şərait yaradılmasını tələb edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı