Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin tərfdar olduğunu deyib
Soçidə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev arasında görüş başlayıb. Modern.az İTAR-TASS Agentliyinə istinadən bildirir ki, Medvedev Azərbaycan Prezidentinə ikitərəfli münasibətlər, qlobal iqtisadiyyat və regional problemləri müzakirə etməyi təklif edib. “Bu məsələlər bizi darıxmağa qoymur. İndi də görürüsünüz, qlobal maliyyə problemləri başlayıb”-deyə Medveyev qeyd edib.
Jurnalistlərə açıqlama verən Rusiya Prezidenti Dmitri Medvedev deyib ki, regional mövzularda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni müzakirə etmək istəyir. “Mən çox səmimi və açıq söhbət etmək istərdim, bundan sonra nə etməliyik, hadisələr bundan sonra neçə inkişaf edəcək?” –deyə Rusiya Prezidenti bildirib.
Medvedev regional problemlərin həllinin hər iki ölkə üçün mühüm olduğunu qeyd edib.
“Situasiyanın necə inkişaf edəcəyi regionun, bizim ölkələrin və xalqlarımızın əhvalından asılıdır”-deyə o, qeyd edib. İkitərəfli münasibətlərə toxunan Medvedev bildirib ki, dialoq çox yaxşı alınıb.
“Amma bəzi məsələlər barədə məsləhətləşmək və mövqeləri aydınlaşdırmaq lazımdır”
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində səylərinə görə, Rusiya Prezidentinə təşəkkür edib.
“Hesab edirəm ki, münaqişənin tez bir zamanda həll olunması bütün tərəflərin marağındadır”-deyə İ.Əliyev vurğulayıb.
X. SƏFƏROĞLU