Modern.az

FHN: ""Azpetrol"dakı partlayışda 2 nəfər həlak olub, 21 nəfər yaralanıb"

FHN: ""Azpetrol"dakı partlayışda 2 nəfər həlak olub, 21 nəfər yaralanıb"

9 Avqust 2011, 17:37

Fövqəladə Hallar Nazirliyi “Azpetrol” yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı məlumat yayıb.

Modern.az-ın məlumatına görə, nazirlik bildirib ki, FHN-ə Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olub. Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin, yaxınlıqda dayanmış 1 yanacaq daşıyan yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən saat 15:57-də söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 21 nəfər yaralanıb, 7 avtomobil yanıb. 
Hazırda ərazidə müvafiq işlər görülür. Araşdırma aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı